Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin TRT televiziya kanalının nəzdindəki TRT Türk kanalı bağlanacaq, TRT Avazın adı dəyişdiriləcək.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, TRT rəhbərliyinin qəbul etdiyi qərara əsasən, TRT Avaz kanalı "Turkuaz" adı altında yeni bir kanal kimi fəaliyyətini davam etdirəcək.