“Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub

“Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub 20 ili tamam olan qəzetin müasir media ənənələrinin formalaşmasındakı xidmətləri əsas götürülüb
Media
28 Oktyabr , 2016 17:54
“Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif olunub

Bakı. 28 oktyabr. REPORT.AZ/ “Şərq” qəzeti Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib.

Şuradan “Report”a verilən məlumata görə, Diplom Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında nəşrin baş redaktoru Akif Aşırlıya təqdim olunub. Mətbuat Şurasının İdarə Heyəti fəaliyyətinin 20 ili tamam olan qəzetin müasir media ənənələrinin formalaşmasındakı xidmətlərini əsas götürüb.

Qeyd edək ki, MŞ “Şərq” qəzetinə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib ki, müasir dövr mətbuatımızın keçdiyi yolu xarakterizə edərkən bir neçə qəzetin adı yada ilk növbədə düşür. Bu qəzetlərdən biri də 20 illik yubileyini qeyd edən "Şərq"dir.

“Şərq” yenə də öz dəst-xəttinə sadiqliyi ilə seçilir. Bu, eyni zamanda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan klassik mətbuat ənənələrimizə sadiqlik ruhudur. Yubilyar nəşrin geniş oxucu kütləsinə sevdirən də elə məhz budur. Çünki bu sadiqlikdə Vətənə, torpağa, doğma yurda, el-obaya bağlılıq, Vətən övladına sonsuz sevgi jurnalistikanın tələbləri ilə çulğalaşaraq peşəkarlıq keyfiyyətini doğurur. “Şərq” baş redaktor Akif Aşırlı olmaqla peşəkar jurnalistlərin yaradıcılıq məbədi, özlərinə doğma və əziz bildikləri məkandır” -  təbrikdə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi