​Respublika Günü Küveyt mətbuatında geniş şəkildə işıqlandırılıb

​Respublika Günü Küveyt mətbuatında geniş şəkildə işıqlandırılıb Məqalələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə də toxunulub
Media
29 May , 2016 13:06
​Respublika Günü Küveyt mətbuatında geniş şəkildə işıqlandırılıb

Bakı. 29 may. REPORT.AZ/ Respublika Günü münasibəti ilə Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən keçirilmiş rəsmi qəbul ölkənin böyük oxucu kütləsinə malik ərəbdilli “Əl-Siyəsə”, “Əl-Ray”, “Əl-Ənbə”, “Əl-Nahar”, “Əl-Qabas”, “Əl-Cəridə”, “Əl-Vasat”, ingilisdilli “Arab Times” və “Kuwait Times” qəzetlərində və “KUNA” xəbər agentliyinin internet səhifəsində geniş şəkildə işıqlandırılıb.

Səfirlikdən “Report”a verilən məlumata görə, mətbuatda “Küveyt Dövləti və Azərbaycan Respublikası arasında əlaqələr bütün sahələrdə inkişaf edir”, “Küveyt dost və qardaş ölkələrə öz köməyini əsirgəmir”, “Səfir Elxan Qəhrəman Dağlıq Qarabağ münaqişəsinin həllində Küveyt Dövlətinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirir” başlıqlı məqalələr dərc olunub.

Məqalələrdə Azərbaycan Respublikasının müstəqillik tarixindən, həmçinin uğurla inkişaf edən ikitərəfli münasibətlərdən söhbət açılıb, eyni zamanda Küveyt Dövlətinin Əmiri, vəliəhdi, baş naziri, Millət Məclisinin (parlament) sədri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova ünvanlanmış təbrik məktubları barədə oxuculara məlumat verilib.

Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən 20% Azərbaycan ərazilərinin işğalından, işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsindən bəhs edilib, münaqişə ilə əlaqədar BMT TŞ-nin 4 qətnaməsinin olması, həmin beynəlxalq sənədlərə Ermənistanın laqeydliklə yanaşması vurğulanmış, Küveyt Dövlətinin Azərbaycanın haqlı mövqeyini dəstəklənməsi qeyd olunub.

Məqalələrdə respublikamızda gedən siyasi, iqtisadi, mədəni, turizm, idman sahələrdəki sürətli inkişafdan bəhs edilib, 2002-ci ildən bu günə kimi idmanın müxtəlif sahələrini əhatə edən 36-dək beynəlxalq idman yarışlarının keçirildiyi və cari ilin iyun ayında isə “Formula-1” yarışlarının baş tutacağı qeyd olunub.

Göstərilənlərlə yanaşı, “28 May-Respublika Günü” münasibətilə səfir Elxan Qəhrəmanın və Küveyt Dövləti adından rəsmi qəbulda əsas qonaq qismində iştirak edən təhsil və ali təhsil naziri Dr. Bədr Haməd Əl-İsanın iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək inkişafına dair müsahibələri Küveytin rəsmi ingilisdilli “KTV2” televiziya kanalının tamaşaçılarına təqdim olunub, rəsmi “KTV1” və özəl “Əl-Ray”, “Əl-Kut” televiziya kanallarında süjetlər yayımlanıb.

Son xəbərlər

Orphus sistemi