“Report” İnformasiya Agentliyi Formula 1-i yaxşı işıqlandırdığına görə diploma layiq görülüb

“Report” İnformasiya Agentliyi Formula 1-i yaxşı işıqlandırdığına görə diploma layiq görülüb Mükafat Azad Rəhimovun adından təqdim olunub
Media
29 İyun , 2016 15:26
“Report” İnformasiya Agentliyi Formula 1-i yaxşı işıqlandırdığına görə diploma layiq görülüb

Bakı. 29 iyun. REPORT.AZ/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Report” İnformasiya Agentliyini diplom və xatirə hədiyyəsi ilə mükafatlandırıb.

Mükafatlar agentliyin Bakıda ilk dəfə keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisindəki məhsuldar fəaliyyəti ilə əlaqədar təqdim olunub.  

BŞH sədri, gənclər və idman naziri Azad Rəhimovun imzaladığı diplomda “Report”un Avropa Qran Prisi barədə ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında böyük xidmət göstərdiyi vurğulanıb. 

Xatırladaq ki, “Report” İA Azərbaycanda ilk dəfə keçirilmiş Qran Priyə hazırlıq, Bakı Şəhər Halqası və yürüş iştirakçıları barədə foto və reportajlar, müsahibələr, tədbirlərdən yazılar, bu il iyunun 17-19-da keçirilmiş yarışdan operativ və dolğun xəbərləri ictimaiyyətə çatdırıb. Dünyanın aparıcı nəşrləri Azərbaycan, rus və ingiliscə təqdim olunan xəbərləri “Report”a istinadla yayımlayıb.

Son xəbərlər

Orphus sistemi