​"Qələbənin 70 illiyi" adlı fotosərgi təqdim olunub - FOTO

​"Qələbənin 70 illiyi" adlı fotosərgi təqdim olunub - FOTO Sərgidə 90-dan artıq şəkil nümayiş etdirilir
Media
17 Aprel , 2015 06:48
​Qələbənin 70 illiyi adlı fotosərgi təqdim olunub - FOTO

Bakı. 17 aprel. REPORT.AZ/ MDB dövlət informasiya agentlikləri rəhbərləri Şurasının qərarı ilə arxivlərdə qalan fotoxronika əsasında sərgi yaradılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, fotoarxivlərdən əldə edilmiş 90-dan artıq şəkil "ania-news.info" saytında təqdim olunub.

Böyük Vətən müharibəsi dövrlərinə aid fotolar cəbhədə gedən döyüşlər, partizan hərəkatları, arxa cəbhə və s. özündə əks etdirir.

Xatırladaq ki, sözügedən Şura Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Rusiyanın aparıcı informasiya agentliklərini özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi