​MTRŞ yetkinlik yaşına çatmayanların əqli və mənəvi inkişafına ziyan vuran proqramlar üçün xüsusi qaydaların layihəsini təsdiq edib

​MTRŞ yetkinlik yaşına çatmayanların əqli və mənəvi inkişafına ziyan vuran proqramlar üçün xüsusi qaydaların layihəsini təsdiq edib Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib
Media
10 Aprel , 2015 18:00
​MTRŞ yetkinlik yaşına çatmayanların əqli və mənəvi inkişafına ziyan vuran proqramlar üçün xüsusi qaydaların layihəsini təsdiq edib

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan “Report”a verilən məlumata görə, iclasda “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, “Şam” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb. 

Eyni zamanda, “Türkel TV” MMC-nin peyk yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb, “Türkel TV” MMC-yə peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

İclasda həmçinin “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın layihəsi təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi