MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır

MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır TV proqramlarının anoloq yayımı ilin sonunda dayandırılacaq
Media
22 Sentyabr , 2016 15:55
MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanda teleradio yayımçıları rəqəmli yayıma keçidə tam hazırdır.

Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikasında yerüstü yayımlanan TV proqramlarının analoq yayımı bu ilin sonunadək dayandırılacaq və bununla da rəqəmli yayıma keçid tam başa çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi