​MTRŞ: Telekanalların özlərindən sosial reklam vermək vəzifəsi yoxdur

​MTRŞ: Telekanalların özlərindən sosial reklam vermək vəzifəsi yoxdur "Müvafiq təşkilat müraciət edərsə, o zaman verməlidirlər"
Media
13 Aprel , 2016 11:20
​MTRŞ: Telekanalların özlərindən sosial reklam vermək vəzifəsi yoxdur

Bakı. 13 aprel. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarına vətənpərvərlik ruhlu çağırışları əks etdirən, ümumiyyətlə, istənilən formatda olan sosial çarxların yayımlanması üçün göstəriş verə bilməz.

Bunu "Report"a MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, telekanalların ümumi vətənpərvərlik də daxil olmaqla istənilən mahiyyətdə sosial reklamalar hazırlayıb yayımlamaq kimi vəzifəsi yoxdur: "Sosial reklamlarla bağlı maraqlı tərəflər-müvafiq dövlət qurumları, özəl və ictimai təşkilatlar telekanallara müraciət edə bilərlər. Qanunvericiliyə görə, telekanallar reklam üçün ayrılan efir vaxtlarının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa borcludur. Müvafiq qurum tərəfindən kanallara sosial reklamlar təqdim olunursa, onlar bunu yayımlamalıdırlar".

Son xəbərlər

Orphus sistemi