MTRŞ: "Telekanallar Xocalı faciəsinin ildönümünə həssas yanaşırlar"

MTRŞ: "Telekanallar Xocalı faciəsinin ildönümünə həssas yanaşırlar" "Bütün kanallar faciəyə həsr olunmuş verilişlər yayımlayır"
Media
26 Fevral , 2016 15:46
MTRŞ: Telekanallar Xocalı faciəsinin ildönümünə həssas yanaşırlar

Bakı. 26 fevral. REPORT.AZ/ "Müşahidələr göstərir ki, Azərbaycan telekanalları müasir tariximizin qan yaddaşı olan Xocalı faciəsinin 24-cü ildönümünə həsasslıqla yanaşırlar".

Bunu "Report"a Milli Televiziya və Radio Şurası (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, 26 fevral tarixi rəsmi matəm günü olmadığından, telekanalların konkret öhdəlikləri yoxdur: "Amma müşahidələr göstərir ki, televiziya kanallarımız qanlı Xocalı faciəsinin ildönümünə xüsusi həssaslıqla yanaşırlar. Bütün kanallarda faciəyə həsr olunmuş verilişlər, tok-şoular yayımlanır, tarixi faciəni özündə əks etdirən sənədli filmlər, bədii filmlər nümayiş olunur".  

Son xəbərlər

Orphus sistemi