MTRŞ təkrar yayımlanan proqramların monitorinqini aparır

MTRŞ təkrar yayımlanan proqramların monitorinqini aparır "Hələ ki, proqramlarda yol verilən qanun pozuntularının aradan qaldırıldığı müşahidə olunur"
Media
13 Avqust , 2015 10:03
MTRŞ təkrar yayımlanan proqramların monitorinqini aparır

Bakı. 13 avqust. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın televiziya kanallarında yayımlanan verilişlərin monitorinqini davam etdirir. MTRŞ-nin Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov "Report"a bildirib ki, hazırda əsas diqqət təkrar yayımlanan şou və yumoristik proqramlara yönəldilib. Belə ki, vaxtilə həmin proqramlarda yol verilən qanun pozuntularının aradan qaldırılıb-qaldırılmadığı diqqətdə saxlanılır: "Bu günə qədər apardığımız monitorinqlərdə təkrar yayımlanan proqramlarda yol verilən qanun pozuntularının aradan qaldırıldığı müşahidə olunur. Monitorinqlər davam etdirilir".

Son xəbərlər

Orphus sistemi