​MTRŞ: “Sevimli şou”nu insanların faciəsi üzərində şou yaradan verilişlərlə eyniləşdirmək olmaz

​MTRŞ: “Sevimli şou”nu insanların faciəsi üzərində şou yaradan verilişlərlə eyniləşdirmək olmaz “Yaxın zamanda verilişdə dəyişiklik olacaq”
Media
15 Oktyabr , 2015 11:25
​MTRŞ: “Sevimli şou”nu insanların faciəsi üzərində şou yaradan verilişlərlə eyniləşdirmək olmaz

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Space" televiziya kanalında yayımlanan "Sevimli şou" verilişini etik normaları gözləməyən verilişlərlə eyni tərəzinin gözünə qoymaq olmaz".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Space" TV-nin efirində yayımlanan "Sevimli şou" verilişinin nə üçün bağlanmaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

O, kanalın rəhbərliyinin və verilişin aparıcısı Mikayıl Güləddinoğlunun Şuraya dəvət olunduğunu və bu barədə müzakirələr aparıldığını xatırladıb: "Aparıcı Şuranın iradlarına qarşılıq olaraq bildirib ki, yaxın zamanda proqramda dəyişiklik olunacaq. Artıq müəyyən dəyişikliklər də hiss olunur. Bu verilişdə aşağı zövqlərə köklənmiş bayağı musiqilər səsləndirilə bilər. Bunu "Xoşqədəmlə axtarıram səni", "Sən tək deyilsən" kimi insanların faciəsi üzərində şou yaradan, yaxud etik normaları gözləməyən digər verilişlərlə eyni tərəzinin gözünə qoymaq doğru deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə və Şuranın özünə ünvanlanan müraciətlərdə tamaşaçılar "Sevimli şou" verilişinin də bağlanmasını istədiklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi