​MTRŞ-in şöbə müdiri: "Televiziyalar güldürmək adı ilə həddi keçirlər"

​MTRŞ-in şöbə müdiri: "Televiziyalar güldürmək adı ilə həddi keçirlər" “Qız atası” serialında ailə üzvləri arasında Azərbaycan ailəsinə yad olan söhbətlər gedir”
Media
17 Sentyabr , 2015 17:08
​MTRŞ-in şöbə müdiri: Televiziyalar güldürmək adı ilə həddi keçirlər

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Son zamanlar televiziya kanallarında yayımlanan istər komediya janrında filmlər, istərsə də verilişlər ciddi narazılıq doğurur". Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 

Şöbə müdiri bildirib ki, komediya janrında çəkilmiş seriallarda, eləcə də əyləncə məqsədi daşıyan verilişlərdə güldürmək üçün hər cür yola baş vurulur, hədd gözlənilmir. T.Dadaşov ATV telekanalında yayımlanan "Qız atası" serialındakı çatışmazlıqları nümunə göstərib: "Qız atası" adı altında yayımlanan serialda ailə üzvləri arasında Azərbaycan ailəsinə, milli-mənəvi dəyərlərimizə yad olan söhbətlər gedir. Serialda kürəkənlə qaynana, ata ilə qız arasında baş tutan söhbətlər Azərbaycan ailəsinin reallığını əks etdirmir. Qız atası ilə övlad dünyaya gətirəcəyindən danışır. Azərbaycan ailəsində qız bəlkə də anası ilə bu cür söhbətlər edər, amma atası ilə yox. Bunun kimi misalları çox göstərmək olar".

Şöbə müdirinin sözlərinə görə, MTRŞ Cənubi Amerika seriallarını efirdən ona görə kənarlaşdırıb ki, milli ruhu özündə əks etdirən yerli serillar çəkilsin və yayımlansın: "Televiziyaların vəzifələri arasında maarifləndirmə məsələsi də var. Seriallarda da bu meyar gözlənilməlidir".

Son xəbərlər

Orphus sistemi