MTRŞ sədri: "Space"də yayımlanan "Sevimli şou" verilişi bağlanıb

MTRŞ sədri: "Space"də yayımlanan "Sevimli şou" verilişi bağlanıb Nuşirəvan Məhərrəmli: "Əvvəlki aparıcı o verilişdən uzaqlaşdırılıb, başqa adam aparacaq"
Media
23 Yanvar , 2016 13:28
MTRŞ sədri: Spacedə yayımlanan Sevimli şou verilişi bağlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ "Space" televiziyasında yayımlanan "Sevimli şou" verilişi artıq bağlanıb".

"Report” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Şura sədri qeyd edib ki, tamaşaçılar artıq "Sevimli şou" verilişini görməyəcəklər: "Həmin veriliş başqa formatda efirə gedəcək. Əvvəlki aparıcı o verilişdən uzaqlaşdırılıb, başqa adam aparacaq".

N.Məhərrəmli bildirib ki, "Space"də efirə gedən bir neçə veriliş MTRŞ-nı çox narahat edir: "Həmin verilişlər səviyyə baxımından çox aşağı keyfiyyətlidir". 

Son xəbərlər

Orphus sistemi