​MTRŞ beş televiziya kanalının hesabına 333 min manat köçürüb - SİYAHI

​MTRŞ beş televiziya kanalının hesabına 333 min manat köçürüb - SİYAHI ANS TV MTRŞ-nın göndərdiyi müqaviləni imzalamayıb
Media
10 İyun , 2016 12:11
​MTRŞ beş televiziya kanalının hesabına 333 min manat köçürüb - SİYAHI

ANS TV MTRŞ-nın göndərdiyi müqaviləni imzalamayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycan Prezidentinin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən 333 333 manat maliyyə vəsaitini özəl televiziyalardan beşinin hesabına köçürüb.

Bu barədə "Report"a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Onun sözlərinə görə, indiyədək cəmi beş telekanal  MTRŞ tərəfindən onlara göndərilən müqaviləni imzalayıb: "Müqaviləni imzalayan televiziya kanallarının - ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV-nin hər birinin hesabına vəsait köçürülüb".

Televizyalardan biri - ANS TV isə MTRŞ-nın göndərdiyi müqaviləni hələ ki, imzalamayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait 333 333 manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.

Son xəbərlər

Orphus sistemi