​Mirşahin Ağayevin MTRŞ-ya qarşı qismən təmin edilən məhkəmə işlərinin sayı dördə çatıb

​Mirşahin Ağayevin MTRŞ-ya qarşı qismən təmin edilən məhkəmə işlərinin sayı dördə çatıb İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib
Media
27 Yanvar , 2016 16:42
​Mirşahin Ağayevin MTRŞ-ya qarşı qismən təmin edilən məhkəmə işlərinin sayı dördə çatıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib.

“Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda da eyni qərar çıxarılıb. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 2 apellyasiya şikayətləri üzrə məhkəmə iclasları keçirilib. Həmin məhkəmə iclaslarında Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub. İş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 5 oktyabr 2015-ci il tarixli – 09/3 saylı, 09/4 saylı, 09/6 saylı, 09/7 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi