Mir Şahin Ağayev: “Dövlətimizə inanırıq”

Mir Şahin Ağayev: “Dövlətimizə inanırıq” “Bütün addımlarımız qanun çərçivəsindədir”
Media
10 Avqust , 2016 13:41
Mir Şahin Ağayev: “Dövlətimizə inanırıq”

Bakı. 10 avqust. REPORT.AZ/ “Hamı dünyaya gələndə bilir ki, nə vaxtsa rəhmətə gedəcək. Heç kim də inanmır ki, sabah rəhmətə gedəcək. Ona görə də hər şeyə belə mütləq inanmayaq. Qanunların ədalətli şəkildə bərpa olunduğu faktlarımız da çoxdur. Beynəlxalq təşkilatlardan müraciətlər adətən qarşı tərəfin istəyi ilə baş tutur. Biz isə dövlətdən dəstək gözləyirik və dövlətimizə inanırıq”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ANS Müstəqil Yayım və Media Şirkətinin vitse-prezidenti Mir Şahin Ağayev deyib.

“Dövlətimizin bu məsələni tez bir zamanda araşdıracağına əminik. Dövlətimiz olan yerdə başqalarından heç nə istəmirik. Təbii ki, beynəlxalq təşkilatlar da bu işlə maraqlanır. Onları maraqlandıran suallar var. Onların cavablarını müxtəlif səviyyələrdə verənlər var. Biz də o sualların cavablarını imkan düşdükcə veririk. Lakin bu cavablar heç bir halda Azərbaycan dövlətinin imicinə zərər gətirmir. İnanırıq ki, qanunlarla ədalətin bərpa olunmasına nail olacağıq. Buna inanmasaq bu gün məhkəmədə olmazdıq. Kanalın açılmasına yönəlik qanuni yollar və imkanlardan istifadə edirik. Bütün addımlarımız qanun çərçivəsindədir”, - M.Ağayev bildirib.

Şirkətin prezidenti Vahid Mustafayev isə ANS-in 1000-dən artıq əməkdaşı olduğunu deyib. “Biz təşkilat olaraq hər gün maliyyə itkiləri ilə rastlaşırıq”, - o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi