Milli Teleradio Şurası "Space" televiziyasına xəbərdarlıq edib

Milli Teleradio Şurası "Space" televiziyasına xəbərdarlıq edib Televiziya rəhbərliyinin sentyabrdan şou xarakterli verilişlərin həcminin azaldılacağı vədi nəzərə alınıb
Media
7 İyul , 2015 17:59
Milli Teleradio Şurası Space televiziyasına xəbərdarlıq edib

Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan "Report"a verilən xəbərə görə, iclasda Space Müstəqil Tele-radio Şirkətinin "Televiziya və radio yayımı haqqında" qanununun tələblərinin pozulması faktı müzakirə edilib. 

İclasda Space Müstəqil Tele-radio Şirkəti rəhbərinin proqram siyasətində dəyişikliklər etməsi, qanun pozuntusuna yol verən işçilər barəsində ciddi tədbirlər görməsi müsbət hal kimi qeyd edilib, Space televiziyasında bu ilin sentyabr ayından başlayaraq şou xarakterli verilişlərin həcminin azaldılacağı, maarifçilik, mədəni, intellektual xarakterli verilişlərə üstünlük veriləcəyi barədə kanal rəhbərinin vədi nəzərə alınıb.

Eyni zamanda "Space" televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14.30-da efirə gedən "Günaydın" verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi, 03 iyul 2015-ci il tarixdə saat 11.00-da efirə gedən “Əsl şou” verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may, 03 iyun, 08 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul, 06 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunverciliyin tələblərinin (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32, 35.4, 35.5, 35.7-ci maddələri) pozulmasına görə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.

Son xəbərlər

Orphus sistemi