Mətbuat Şurası "Report" İnformasiya Agentliyinə təbrik ünvanlayıb

Mətbuat Şurası "Report" İnformasiya Agentliyinə təbrik ünvanlayıb "Report" özünün dəst-xətti, hadisə və proseslərə xüsusi yanaşması ilə seçilməkdədir"
Media
30 Oktyabr , 2015 13:46
Mətbuat Şurası Report İnformasiya Agentliyinə təbrik ünvanlayıb

"Report" İnformasiya Agentliyi peşəkarlığa dəyər verən, jurnalistikanı sözün əsl mənasında sevən yaradıcı mühitin məhsuludur. Azərbaycan Mətbuat Şurası bu mühitdə toplaşmış şəxslərin əməyini yüksək qiymətləndirir"

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası "Report" İnformasiya Agentliyinə fəaliyyətə başlamasının 1 illiyi münasibətilə təbrik ünvanlayıb.

Şuradan "Report"un redaksiyasına daxil olan təbrik məktubunda deyilir: 

"Azərbaycanda yeni medianın yaranması və formalaşması prosesinin tam şəkildə yekunlaşdığını söyləmək mümkün deyil. Sahəyə axının sürətlə davam etdiyi hazırkı şəraitdə peşə prinsiplərinə riayət etməyən, cəmiyyətin gözləntilərini doğrultmayan xəbər saytları da kifayət qədərdir. Ancaq sevindirici haldır ki, jurnalistika dəyərlərinə sadiqliyi ilə seçilən, hər gün oxuculara dəqiq və qərəzsiz materiallar təqdim edən internet informasiya resursları da var. Onların iş prinsipləri sayəsində cəmiyyət internetin jurnalistika sahəsinə gətirdiyi yeniliklərin ölkənin ümumi inkişafı baxımından müsbət tərəflərini görür. Mövcud xüsusda fəaliyyətinin dəyərləndirilməsi vacib olan nümunələrdən biri də "Report" İnformasiya Agentliyidir.

"Report" cəmi 1 ildir ki, ölkəmizin media məkanına daxil olub. Bununla belə özünün dəst-xətti, hadisə və proseslərə xüsusi yanaşması ilə seçilməkdədir. İnformasiya Agentliyinin müntəzəm fəaliyyətindəki həssaslıq onun yaxın gələcəkdə oturuşmuş struktura malik media qurumu kimi özünü təsdiqləyəcəyinə qəti əminlik yaradır.

"Report" İnformasiya Agentliyi peşəkarlığa dəyər verən, jurnalistikanı sözün əsl mənasında sevən yaradıcı mühitin məhsuludur. Azərbaycan Mətbuat Şurası bu mühitdə toplaşmış şəxslərin əməyini yüksək qiymətləndirir. Şura İnformasiya Agentliyini fəaliyyətə başlamasının 1 ili münasibətilə təbrik edir. Agentliyin rəhbərliyinə və əməksevər kollektivinə jurnalistika sahəsindəki böyuk uğurlardan pay sahibi olmağı arzulayır.

1 yaşınız mübarək, əziz həmkarlar!".

Son xəbərlər

Orphus sistemi