​Mətbuat Şurası mitinqdə monitorinq aparıb

​Mətbuat Şurası mitinqdə monitorinq aparıb Monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən müraciət də daxil olmayıb
Media
30 May , 2015 19:15
​Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Bakı. 30 may. REPORT.AZ/ Milli Şuranın bu gün Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqdə peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb.

Şuradan “Report”a verilən məlumata görə, Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən müraciət də daxil olmayıb.

Monitorinq qrupunun üzvləri müəyyənləşdiriblər ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Lakin aksiyaya gələn jurnalistlərdən bu tələbə əməl etməyənlərə də rast gəlinib. Bununla bağlı müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, monitorinq qrupu həmçinin jurnalistlərə peşə vəlifələrini yerinə yetirmək üçün yaradılan şəraiti də nəzərdən keçiriblər. Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi