Macarıstan mediasında Azərbaycanla bağlı silsilə yazılar dərc olunacaq

Macarıstan mediasında Azərbaycanla bağlı silsilə yazılar dərc olunacaq Layihənin məqsədi Beynəlxalq mediada Azərbaycanın maraqlarının müdafiə edən məlumatların yayımını təşkil etməkdir
Media
3 Avqust , 2016 14:16
Macarıstan mediasında Azərbaycanla bağlı silsilə yazılar dərc olunacaq

Bakı. 3 avqust. REPORT.AZ/ "Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Macarıstan mediasında Azərbaycanın maraqlarının müdafiəsi” layihəsinə start verib.

Layihə rəhbəri Ədil Ədilzadə layihə ilə bağlı “Report”a bildirib ki, 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Azərbaycanda həyata keçirilən uğurlu siyasətlə bağlı 20 müxtəlif yazı hazırlanacaq: "Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla sıx mühüm əhəmiyyət kəsb edir. Avropa Şurası, ATƏT və digər təsissatlarda təmsilçilik qazanan Azərbaycanın bu uğuru təbii ki, birmənalı qarşılanmır. Zaman-zaman sözügedən qurumların nümayəndələri ölkəmizə qarşı ikili standartlardan çıxış etdiyinin şahidi olmuşuq. Azərbaycanda olan əlaltıları sayəsində məlumatlanan avropalı diplomatlar beynəlxalq tribunalarda ölkəmizi gözdən salmağa çalışırlar. Təbii ki, burada erməni lobbisinin də izi var. Məhz bu kimi halların qarşısını almaq üçün beynəlxalq mediada Azərbaycan maraqlarının müdafiəsinə ciddi ehtiyac var. Layihə çərçivəsində Azərbaycanın xarici siyasəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər və digər məsələlərlə bağlı 20 yazı hazırlanacaq, yazılar macar dilinə tərcümə olunaraq Macarıstan KİV-lərində işıqlandırılacaq”.

Ə.Ədilzadə onu da bildirib ki, layihə çərçivəsində 10 yazının işıqlandırılması nəzərdə tutulurdusa təşkilat öz daxili imkanlarından istifadə edərək yazıların sayını 20-yə qədər artırıb. Layihənin məqsədi Beynəlxalq mediada Azərbaycanın maraqlarının müdafiə edən məlumatların yayımını təşkil etmək, bu yolla ölkəmizə qarşı aparılan ikili standartların qarşısını almaqdır.

Layihə rəhbəri qeyd edib ki, çap olunan məqalələr Macarıstan ictimayyətində Azərbaycanla bağlı geniş fikir formalaşdıracaq, bu da Macarıstanın beynəlxalq təşkilatlarda Azərbaycanı müdaifə etməsi ilə nəticələnəcək. Eyni zamanda çap olunan məqalələrin geniş yayımı təşkil olunacaq. Bununla Macarıstandan olan vətəndaşların ölkəmizə səfər etməsi, turist kimi gəlməsinə zəmin yaradacaq ki, bu da ölkə gəlirlərinin artmasında öz müsbət rolunu oynayacaq.

Son xəbərlər

Orphus sistemi