Azərbaycanda KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcək
Azərbaycanda KİV nümayəndələri arasında atıcılıq turniri keçiriləcəkTurnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır
Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır. Turnir mayın 2-də "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçiriləcək. Yarışda 3 nəfərdən təşkil olunan KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər. Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] elektron ünvanına göndərmək xahiş olunur. Məlumata komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi daxil edilməlidir.