Kəmaləddin Heydərov: “Jurnalistlər bəzi adamlara əhəmiyyət verməməlidir”

Kəmaləddin Heydərov: “Jurnalistlər bəzi adamlara əhəmiyyət verməməlidir” “O insanlarda vicdan oyananda biləcəklər ki, təbii fəlakət, ondan xilasetmə nədir”
Media
16 Dekabr , 2015 11:32
Kəmaləddin Heydərov: “Jurnalistlər bəzi adamlara əhəmiyyət verməməlidir”

Bakı. 16 dekabr. REPORT.AZ/ ““Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın barədə hər gün açıqlama verməyə ehtiyac yoxdur. Buna baxmayaraq, nazirlik mütəmadi məlumat verir. Biz həm vətəndaş, həm də dövlət qarşısında olan borcumuzu yerinə yetiririk”. “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, bəzi adamlar bundan başqa cür istifadə edirlər: “Əminəm ki, o insanlarda vicdan oyananda biləcəklər ki, təbii fəlakət, ondan xilasetmə nədir. Onları xilas edənlər də insanlardır. Həmin insanlar həyatlarını təhlükəyə atırlar. Gərək hər şeyə öz prizmandan düzgün baxasan. Kimsə iqtidarı, Fövqəladə Hallar Nazirliyini sevməyə bilər. Onlar zamanla hər şeyi biləcəklər. İnkişaf edən Azərbaycanda belə proseslər nəzərə çarpmır. Jurnalistlər də onlara əhəmiyyət verməməlidirlər”.

Son xəbərlər

Orphus sistemi