IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC “Tullantım azalsın” adlı fotomüsabiqə keçirir

IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC “Tullantım azalsın” adlı fotomüsabiqə keçirir Fotoların qəbulu aprelin 20-dək davam edəcək
Media
1 Mart , 2016 11:22
IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC “Tullantım azalsın” adlı fotomüsabiqə keçirir

Bakı. 1 mart. REPORT.AZ/ Ətraf mühitin qorunması və tullantıların azaldılması məsələlərinin təbliği, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirlərilə bağlı maarifləndirilməsinin təşkili məqsədilə IDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə "Tullantım azalsın" adlı fotomüsabiqəyə start verilir. Bu barədə "Report"a "Təmiz Şəhər" ASC-nin mətbuat katibliyindən bildirilib.

Müsabiqədə iştirak etmək istəyən istər peşəkar, istərsə də həvəskar fotoqraflar "Təmiz Şəhər"in www.tullantim.az saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Daha sonra tullantıların ətraf mühitə təsirini əks etdirən fotoşəkili saytın "Fotomüsabiqə" bölməsinə yükləyə, yaxud [email protected] e-mail ünvanına göndərə bilərlər.

Təqdim olunan şəkillər fotoqrafın özünə aid olmalı, ekologiyanın qorunmasının, tullantıların azaldılmasının, sağlamlığa mənfi təsir edən amillərin aradan qaldırılmasının vacibliyini göstərməli və insanları planetimizi təmiz sağlamağa, onun qayğısına qalmağa, təbiəti çirkləndirməməyə təşviq etməlidir.

Fotoların qəbulu aprelin 20-dək davam edəcək. Daha sonra IDEA İctimai Birliyi və "Təmiz Şəhər" ASC-nin nümayəndələrindən, həmçinin müstəqil peşəkar fotoqraflardan ibarət münsiflər heyəti ən təsirli 3 fotonu seçərək qalibləri müəyyən edəcək. Sonda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqə barədə daha ətraflı məlumatı www.tullantim.az saytından əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi