İspaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub

İspaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub Məqalədə Hikmət Hacıyevin və Bahar Muradovanın fikirlər də yer alıb
Media
4 İyun , 2016 12:29
İspaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc olunub

Bakı. 4 iyun. REPORT.AZ/ İspaniyanın nüfuzlu "El Pais" qəzetində Dağlıq Qarabağla bağlı məqalə dərc olunub.

"Report"un "El Pais" qəzetinin saytına istinadən verdiyi xəbərə görə, məqalədə qeyd olunub ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonunu işğal altında saxlayır.

Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin Dağlıq Qarabağda mövcud status-kvonun qəbul edilməz olması ilə bağlı fikirlər də yer alıb.

Yazıda Milli Məclis sədrinin müavini Bahar Muradovanın ATƏT-in Minsk qrupunun zəif fəaliyyəti barədə fikirləri də qeyd olunub: "Minsk qrupuna daxil olan ölkələr dünyaya hökmrahnlıq edirlər. Onlar Ermənistana təzyiq edə bilərdilər".

Bundan başqa, məqalədə aprel hadisələrdən və Azərbaycan ordusunun vacib yüksəkliləri erməni silahlı dəstələrindən təmizləməsindən də bəhs edilir.

Son xəbərlər

Orphus sistemi