CNN Keniyadan üzr istədi

CNN Keniyadan üzr istədi Afrika ölkəsini "terrorizm mənbəyi" adlandıran CNN telekanalı rəsmi Nayrobidən üzr istəməli olub
Media
13 Avqust , 2015 22:34
CNN Keniyadan üzr istədi

Bakı. 13 avqust. REPORT.AZ/ Keniyaya həsr olunan reportajda bu Afrika ölkəsini "terrorizmin mənbəyi" adlandıran CNN telekanalının rəhbərliyi rəsmi Nayrobidən üzr istəməli olub.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, reportaj efirə getdikdən sonra Keniyada etiraz aksiyaları başlayıb.

Buna cavab olaraq CNN İnternational-ın direktori Toni Meddoks Keniya prezidenti Uxuru Keniatteyə zəng edərək hadisənin sadə anlaşılmazlıq nəticəsində baş verdiyini deyib: "Biz Keniyanı mənfi prizmadan təqdim etmək istəmirdik. Təəssüf edirəm. Gələcəkdə bu kimi halların təkrarlanmamasına çalışmalıyıq. "Terrorizm mənbəyi" ifadəsi yersiz istifadə olunub. Biz bilirik ki, Keniya bu kimi ölkələrin siyahısına daxil deyil". 

Son xəbərlər

Orphus sistemi