Çində KİV-in sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub

Çində KİV-in sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub Çin hökuməti saytlarda xəbərlərin yayılmasına nəzarəti gücləndirir
Media
4 İyul , 2016 10:18
Çində KİV-in sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub

Bakı. 4 iyul. REPORT.AZ/ Çin hökuməti saytlarda və sosial şəbəkələrdə xəbərlərin yayılmasına nəzarəti gücləndirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq qətnamə Çinin internet-informasiya üzrə Dövlət Dəftərxanası tərəfindən dərc edilib. Dövlət qurumu saytlardan doğru, hərətərfli, obyektiv və qərəzsiz xəbər yaymalarını tələb edir. Artıq Çində şayiə tipli məlumatları işıqlandırmaq və ya fərziyyələrə və təxəyyülə əsaslanaraq faktları təhrif etmək qəti qadağandır.

Həmçinin bundan sonra sosial şəbəkələrdən əldə edilmiş məlumatın dəqiqləşdirilmədən dərc edilməsinə qadağa qoyulub.

Son xəbərlər

Orphus sistemi