​Böyük Britaniyada Azərbaycana dair xüsusi nəşr dərc olunub

​Böyük Britaniyada Azərbaycana dair xüsusi nəşr dərc olunub Xüsusi nəşr Azərbaycanın qeyri-enerji ölkəsi, xüsusilə də idman və mədəniyyət ölkəsi kimi tanıdılması məqsədilə hazırlanıb
Media
17 Fevral , 2015 13:55
​Böyük Britaniyada Azərbaycana dair xüsusi nəşr dərc olunub

Bakı. 17 fevral. REPORT.AZ/ Böyük Britaniyanın “Business Outlook” müstəqil media şirkəti tərəfindən “Leading edge – Azerbaijan 2015” adlı xüsusi nəşr dərc edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən "Report"a verilən məlumata görə, ARDNŞ və səfirliyin birgə dəstəyi ilə dərc edilmiş xüsusi nəşr Azərbaycanın qeyri-enerji ölkəsi, xüsusilə də idman və mədəniyyət ölkəsi kimi tanıdılması məqsədilə hazırlanıb.

Xüsusi nəşr, Azərbaycan Prezidenti İlham Əliyev, mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş əməliyyat direktoru Saymon Kleqq, səfir Tahir Tağızadə və ölkədə qeyri-enerji sahələrində uğurla fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərlərindən götürülmüş müsahibələr əsasında hazırlanıb.

Nəşrdə ilk dəfə iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına xüsusi yer ayrılıb, bu mühüm idman hadisəsinin uğurlu təşkili istiqamətində görülən işlər ətraflı işıqlandırılıb. Xüsusi nəşrə, həmçinin Birinci Avropa Oyunlarını izləmək məqsədilə Azərbaycana səfər edəcək avropalı turistlər üçün paytaxt Bakıya dair xüsusi turist bələdçisi daxil edilib.

Son xəbərlər

Orphus sistemi