Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib

Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib Nobel prospektində yerləşən yeni bina 10 mərtəbəlidir və 265 otaqdan ibarətdir
Media
30 Dekabr , 2015 15:16
Bakıda Xəzər televiziyasının yeni binasının açılışı keçirilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib.

“Report”un məlumatına görə, açılışda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Ə.Həsənov simvolik qırmızı lenti kəsib. Tədbir iştirakçıları bina ilə tanış olublar.

Qeyd edək ki, "Xəzər" televizyasının Nobel prospektində yerləşən yeni binasının sahəsi 1000 kv.m-dır. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi