Bakı Beynəlxalq Humanitar Forumunda jurnalistlərin sivilizasiyalararası dialoqun təmin edilməsindəki rolu müzakirə olunub

Bakı Beynəlxalq Humanitar Forumunda jurnalistlərin sivilizasiyalararası dialoqun təmin edilməsindəki rolu müzakirə olunub AZƏRTAC-ın baş direktoru: "Jurnalistika bu gün qloballaşma prosesində mühüm rol oynayır"
Media
30 Sentyabr , 2016 11:47
Bakı Beynəlxalq Humanitar Forumunda jurnalistlərin sivilizasiyalararası dialoqun təmin edilməsindəki rolu müzakirə olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Müasir dövr jurnalistika üçün də şərtlərini diqtə edir, nəticədə o da transformasiya edilmək məcburiyyətində qalır".

"Report" xəbər verir ki, bu sözləri AZƏRTAC İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda keçirilən dəyirmi masada deyib.

"Jurnalistika bugünkü informasiya cəmiyyətində qloballaşma prosesində xüsusi rol oynayır", - deyə A.Aslanov bildirib.

O, dəyirmi masanın məhsuldar alınacağına ümidvar olduğunu qeyd edib.

Öz növbəsində, YUNESKO-nun baş direktorunun birinci müavini Engida Qetaçyu bildirib ki, artıq 10 ildir sosial şəbəkələr və rəqəmsal jurnalistika informasiya meydanına çıxıb.

"Onlayn rejimdə məlumat ötürülməsi özünüifadə üçün yol açıb. Belə informasiya mühitində keyfiyyətli jurnalistika çox vacibdir", - deyə E.Qetaçyu vurğulayıb.

İranın İRNA informasiya agentliyinin icraçı direktoru Məhəmməd Hodadi qeyd edib ki, informasiya cəmiyyətinin erası ənənəvi jurnalistikanı dəyişdirib.

"Bu gün kiberjurnalistika kimi anlayış yaranıb", - deyə agentliyin rəhbəri bildirib.

Onun sözlərinə görə, informasiya inqilabı jurnalistikada inhisara son qoyub.

Son xəbərlər

Orphus sistemi