AzərTAc-ın baş direktoru ​Sloveniyanın Azərbaycandakı səfiri ilə görüşüb

AzərTAc-ın baş direktoru ​Sloveniyanın Azərbaycandakı səfiri ilə görüşüb Tərəflər əməkdaşlıqla bağlı müqavilə layihəsi üzərində danışıqları davam etdirmək niyyətindədir
Media
15 Noyabr , 2014 16:38
AzərTAc-ın baş direktoru ​Sloveniyanın Azərbaycandakı səfiri ilə görüşüb
Bakı. 15 noyabr. REPORT.AZ/ Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbets AzərTAc-la STA agentliyi ilə arasında əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

"Report"un məlumatına görə, səfir bunu AzərTAc-da baş direktor Aslan Aslanovla görüşündə deyib. Onun fikrincə, iki agentlik arasında əlaqələrin möhkəmlənməsi və informasiya mübadiləsi ölkələrin əməkdaşlığının inkişafına töhfə verə bilər. Milan Yazbetsin bu marağı onun ixtisasca jurnalist olmasından, medianın rolunu peşəkarcasına qiymətləndirməsindən irəli gəlir.

Söhbət zamanı qeyd olunub ki, AzərTAc da Sloveniyanın STA xəbər agentliyi ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə önəm verir. Tərəflər əməkdaşlıqla bağlı müqavilə layihəsi üzərində danışıqları davam etdirmək niyyətindədir.

Görüşdə səfirə, həmçinin Azərbaycanın dövlət quruculuğu tarixi, zəngin mədəniyyəti, müasir inkişaf yolu, Avropa ölkələri ilə münasibətləri barədə də məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artması AzərTAc-ın da beynəlxalq əlaqələrinin güclənməsinə təkan verib. “Biz dünyanın 40-a yaxın ölkəsinin xəbər agentlikləri ilə əlaqələr qurmuşuq. AzərTAc bir sıra dünya miqyaslı informasiya agentlikləri alyanslarının rəhbər orqanlarının fəal üzvüdür və 2016-cı ildə Dünya Media Konqresinə və Asiya və Sakit Okean Ölkələrinin Xəbər Agentlikləri Təşkilatının (OANA) iclasına ev sahibliyi edəcək”, - deyə Aslan Aslanov məlumat verib.

Səfir Sloveniyanın Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyib. O bu günlərdə təqdimatı keçirilən Sloveniyanın Azərbaycandakı yeni Fəxri Konsulluğunun mədəni və iqtisadi sahələrdə münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Sloveniyanın Azərbaycandakı yeni fəxri konsulu Elnur Allahverdiyev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi