AZƏRTAC-a kredit və qrant almaq hüququ verilib

AZƏRTAC-a kredit və qrant almaq hüququ verilib Azərbaycan Dövlət İnformasiya Agentliyinin Əsasnaməsində dəyişiklik edilib
Media
10 Avqust , 2016 17:42
AZƏRTAC-a kredit və qrant almaq hüququ verilib

Bakı. 10 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Əsasnaməsində dəyişiklik edib.

"Report" xəbər verir ki, Prezidentin imzaladığı fərmana əsasən, AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.

Xatırladaq ki, indiyədək AZƏRTAC dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşir, informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülürdü.

Son xəbərlər

Orphus sistemi