​Azərbaycanlı jurnalistlərin Misirə tanışlıq səfəri başlayıb

​Azərbaycanlı jurnalistlərin Misirə tanışlıq səfəri başlayıb Mediatur zamanı onlar ölkənin turizm potensialı ilə tanış olacaqlar
Media
27 Mart , 2016 13:37
​Azərbaycanlı jurnalistlərin Misirə tanışlıq səfəri başlayıb

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanlı jurnalistlərdən ibarət qrupun Misirə tanışlıq səfəri başlayıb.

"Report" xəbər verir ki, mediatur zamanı onlar ərəb ölkəsinin turizm potensialı ilə yaxından tanış olacaqlar.

Həmçinin Misirin Turizm Nazirliyinin nümayəndələri, Şarm əş-Şeyxin meri və Azərbaycanın Afrika ölkəsindəki səfiri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tanışlıq səfərində REPORT da daxil olmaqla 8 mətbu orqanından 12 nəfər iştirak edir.

Son xəbərlər

Orphus sistemi