Bakı. 22 iyul. REPORT.AZ/ Prezident
Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev mətbuat işçilərini salamlayaraq onlara müdafiə naziri general-polkovnik
Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi olaraq vurğulayıb.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən, bir qrup əməkdaşa təşəkkür elan olunub, fəxri fərman və mükafatlar təqdim edilib.