Azərbaycanın KİV nümayəndələrinin Misirə səfəri başlayıb

Azərbaycanın KİV nümayəndələrinin Misirə səfəri başlayıb Nümayəndə heyəti aprelin 1-dək davam edəcək səfər çərçivəsində Qahirə və Şarm əş-Şeyx şəhərlərində olacaq
Media
26 Mart , 2016 20:47
Azərbaycanın KİV nümayəndələrinin Misirə səfəri başlayıb

Bakı. 26 mart. REPORT.AZ/ Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ölkəmizin KİV nümayəndələrindən ibarət nümayəndə heyətinin Misirə səfəri başlayıb.

Tərkibinə 13 jurnalistin daxil olduğu nümayəndə heyəti aprelin 1-dək davam edəcək səfər çərçivəsində Qahirə və Şarm əş-Şeyx şəhərlərinin görməli yerləri, muzeyləri ilə tanış olacaq. 

Həmçinin, azərbaycanlı KİV nümayəndələrinin Misirin mədəniyyət naziri və Şarm əş-Şeyx şəhərinin rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi