Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 59 il ötür

Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 59 il ötür İlk dəfə efirdə gənc aktrisa olan Nəcibə Məlikova görünüb
Media
14 Fevral , 2015 16:30
Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 59 il ötür

Bakı. 14 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanda və şərqdə ilk televiziya olan, indiki AzTV kanalının yaranmasından 59 il keçir.

"Report" xatırladır ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. 

Son xəbərlər

Orphus sistemi