Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.