ANS MTRŞ-ya qarşı məhkəmə qərarlarından apellyasiya şikayəti verib

ANS MTRŞ-ya qarşı məhkəmə qərarlarından apellyasiya şikayəti verib Şikayətlərə gələn həftə baxılacaq
Media
11 Mart , 2016 17:57
ANS MTRŞ-ya qarşı məhkəmə qərarlarından apellyasiya şikayəti verib

Bakı. 11 mart. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişməsi davam edir.

"Report"un məlumatına görə, ANS Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayətləri verib. 

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclaslar martın 16-na, 17-nə və 18-nə təyin edilib. İşlərə hakim Mirpaşa Hüseynovun, Sahibxan Mirzəyevin, Rizvan Səfərovun və Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTRŞ 23 dekabr 2015-ci il tarixində ANS-ə qarşı inzibati tənbeh vermə haqqında qərarlar çıxarıb. Həmin qərarlardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qərarları qüvvədə saxlayıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi