ANS-in MTRŞ-ya qarşı kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

ANS-in MTRŞ-ya qarşı kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb Hər iki tərəfin nümayəndələrinin və vəkillərinin orderləri araşdırılıb
Media
8 Sentyabr , 2016 11:57
ANS-in MTRŞ-ya qarşı kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə "ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndələrinin və vəkillərinin orderləri araşdırılıb.

Məhkəmə kassasiya şikayətini icraata götürüb.

Növbəti məhkəmə iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi