Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək Tamaşaçılara Azərbaycan teatrlarının səhnə əsərləri, muğam, Azərbaycan xalq rəqsləri təqdim ediləcək
Mədəniyyət siyasəti
31 May , 2016 14:04
Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Bakı. 31 may. REPORT.AZ/ Yunanıstanın Krit əyalətində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Azərbaycanın Yunanıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Krit əyalətinin dəstəyi ilə səfirlik tərəfindən təşkil ediləcək.

1-4 iyun tarixlərində Kritin müxtəlif şəhərlərində keçiriləcək tədbirlər çərçivəsində tamaşaçılara Azərbaycan teatrlarının səhnə əsərləri, muğam, Azərbaycan xalq rəqsləri təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi