Yaponiyalı alim: "Azərbaycanda multikulturalizm həyat tərzinə çevrilib"

Yaponiyalı alim: "Azərbaycanda multikulturalizm həyat tərzinə çevrilib" Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Yaponiyanın Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib
Mədəniyyət siyasəti
5 Noyabr , 2015 15:25
Yaponiyalı alim: Azərbaycanda multikulturalizm həyat tərzinə çevrilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Yaponiyanın Vaseda Universitetinin professoru Hiroaki Mohrinin iştirakı ilə konfrans keçirilib.

Bu barədə "Report"a Mərkəzdən məlumat verilib.

Qurumun icraçı direktoru, professor Azad Məmmədov iştirakçılara BBMM-in yaranması və fəaliyyəti haqqında məlumat verib. Qeyd edilib ki, 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanda tarixən formalaşan tolerant mühitinin, burada yaşayan müxtəlif dini konfessiyaların və milli etnik qrupların əsrlər boyu dostluq, sülh şəraitində birgə yaşamasının məntiqi nəticəsi olub.

Vaseda Universitetinin elmlər doktoru, professor Hiroaki Mohri Yaponiyada Azərbaycandakı kimi müxtəlif milli etnik qrupların yaşamadığını söyləyib. Professor vurğulayıb ki, Yaponiyada müxtəlif dinlərin fəaliyyəti var, amma onlar arasında sıx əlaqələrin olmasını demək çətindir. Bu ölkədə son zamanlar emiqrasiya problemləri də qabarmaqdadır. Bu səbəbdən biz Azərbaycanla - multikulturalizmin həyat tərzinə çevrildiyi ölkə ilə əməkdaşlıq etməkdə maraqlıyıq.

Mərkəzin təşkilat şöbəsinin müdiri Hikmət Babayev qurumun həyata keçirdiyi layihələrdən danışıb.

O bildirib ki, fəaliyyətlərində əsas missiya Azərbaycan multikulturalizminin təbliği və təşviqidir: "Biz bunu təkcə xarici ölkələrdə deyil, eyni zamanda, öz ölkəmizdə də həyata keçiririk. Qarşılıqlı anlaşmanın və birgəyaşayış normalarının çox zəif olduğu dünyamız münaqişələrdən yaxa qurtara bilmir. Bu baxımdan Azərbaycanda mövcud olan tolerant mühit öyrənilir. Biz tolerantlığı və multikultural dəyərləri bütün dünyada təbliğ etməyə çalışırıq və tezliklə bu geniş bir hərəkata çevriləcək". 

Son xəbərlər

Orphus sistemi