Xorvatiyada ÜTT-nin İcraiyyə Şurasının 100-cü iclası başlayıb

Xorvatiyada ÜTT-nin İcraiyyə Şurasının 100-cü iclası başlayıb Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir
Mədəniyyət siyasəti
28 May , 2015 17:41
Xorvatiyada ÜTT-nin İcraiyyə Şurasının 100-cü iclası başlayıb

Bakı. 28 may. REPORT.AZ/ Xorvatiyanın Rovin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası başlayıb. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. 

Açılış mərasimində iclasın sədri, Yamaykanın turizm naziri, ev sahibi Xorvatiyanın turizm naziri, UNWTO-nun baş katibi Taleb Rifai, keçmiş baş katiblər, Turizm Etika Komitəsinin sədri çıxış ediblər.

Açılış mərasimindən sonra tədbirin gündəliyi təsdiqlənib.

Səfər çərçivəsində mədəniyyət və turizm naziri UNWTO-nun baş katibi Taleb Rifai ilə görüş keçirib və təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Nazir Ə.Qarayev UNWTO-nun Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.

Xatırladaq ki, "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda iki gün davam edəcək sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunmasıdır.

Son xəbərlər

Orphus sistemi