Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni binasının açılışı olub

Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni binasının açılışı olub Mərasimdə Əbülfəs Qarayev iştirak edib
Mədəniyyət siyasəti
24 Dekabr , 2014 13:03
Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni binasının açılışı olub

Bakı.24 dekabr. REPORT.AZ/ Dekabrın 23-də Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsi üçün tikilən yeni, ikimərtəbəli inzibati bina istifadəyə verilib.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xaçmaz şəhərində milli üslubda inşa olunan binanın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, ümumi sahəsi 220 kvadratmetr olan inzibati binanın tikintisinə bu ilin may ayında başlanılıb. Binanın birinci mərtəbəsində foye və iş otaqları, ikinci mərtəbədə isə iclas və konfrans zalları yer alıb. İnzibati binanın müasir istilik sistemi ilə təchiz edilməsi üçün qazanxana da inşa olunub. Tikintisində milli ornamentlərdən istifadə edilən binanın dam örtüyü kümbəz formasındadır.

Açılış mərasimi başa çatdıqdan sonra iştirakçılar inzibati bina ilə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi