Rusiyada Azərbaycan Mədəniyyəti həftəsi start götürür

Rusiyada Azərbaycan Mədəniyyəti həftəsi start götürür Tədbir qonaqları ölkəmizin adət və ənənələri ilə tanış olacaqlar
Mədəniyyət siyasəti
16 Fevral , 2015 08:24
Rusiyada Azərbaycan Mədəniyyəti həftəsi start götürür

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Rusiyanın 33 regionunun paytaxtı olan Vladimir şəhərində Azərbaycan Mədəniyyəti həftəsi start götürür.

"Report" xəbər verir ki, tədbir 16-20 fevral tarixlərində Vladimir vilayətinin kitabxanasında keçiriləcək.

Tədbir qonaqları ölkəmizin məişət və ənənələri ilə tanış olacaqlar, həmçinin milli mahnı, musiqi və rəqslərə həsr olunmuş bayram proqramında iştirak edəcəklər.

Bundan əlavə, fevralın 19-da kitabxanada "İpək yolu" unikal kolleksiyasının müəllifi, öz işlərində Azərbaycan tətbiqi sənətinin ənənələrinə riayət edən dizayner Vafa Priyevanın yaradıcılıq gecəsi keçiriləcək.

Azərbyacan həftəsinin son günü milli mətbəxə həsr olunacaq. Tədbir iştirakçıları hazırlanma sirlərini öyrənməklə yanaşı, həm də şərq şirniyyatı, içkiləri və əlbəttə ki, plovun dadına baxmaq imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi