Bakı. 8 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamla Azərbaycan
Sənədə əsasən, AMEA-nın Naxçıvan Bölməsi “Gülüstan türbəsi” tədqiqat qrupunu yaratmalıdır.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına isə bərpadan sonra Gülüstan türbəsinin ziyarətçilərə açıq olması üçün zəruri tədbirlər görmələri tapşırılıb.
Qeyd edək ki, Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən türbə on ikinci əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindəndir. Gülüstan türbəsi böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarıdır.