UNESCO ilə iş üzrə TÜRKSOY ölkələrinin milli komitələri Bakıya gələcək

UNESCO ilə iş üzrə TÜRKSOY ölkələrinin milli komitələri Bakıya gələcək Tədbir dekabrın 18-19-da keçiriləcək
Mədəniyyət siyasəti
24 Noyabr , 2014 15:26
UNESCO ilə iş üzrə TÜRKSOY ölkələrinin milli komitələri Bakıya gələcək
Bakı 24 noyabr. REPORT.AZ/ Dekabrın 18-19-da UNESCO ilə iş üzrə TÜRKSOY ölkələri milli komitələrinin iclası keçiriləcək. TÜRKSOY-dan "Report"a bildiriblər ki, tədbirdə UNESCO ilə iş üzrə bütün milli komitələr və şuraların rəhbərləri iştirak edəcəklər. 

Qeyd edək ki, iclasın Bakıda keçirilməsi haqqında qərar ötən il Türkiyənin Eskişehir şəhərində TÜRKSOY görüşündə qəbul edilib. 

TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyul ayının 12-də yaradılıb. Onun əsas məqsədi türk xalqlarının ümumi maddi və mədəni abidələrinin qorunub saxlanılması, inkişafı və gələcək nəsillərə ötürülməsi üçün türk xalqları arasında əməkdaşlıqdır. Təşkilata 6 müstəqil dövlət, Rusiya Federasiyasının (RF) 6 subyekti və Moldovanın Qaqauz Muxtariyyəti, eləcə də tanınmamış Şimali Kipr Türk Respublikası daxildir. 

Son xəbərlər

Orphus sistemi