​Heydər Əliyev Mərkəzindəki Qreys Kelli sərgisi üçün xüsusi havalandırma sistemi və işıq effekti qurulub - VİDEO

​Heydər Əliyev Mərkəzindəki Qreys Kelli sərgisi üçün xüsusi havalandırma sistemi və işıq effekti qurulub - VİDEO Noyabrın 1-dək davam edəcək sərgidəki eksponatların qorunması üçün Mərkəzdə 40-dan çox mühafizəçi ayrılıb
Mədəniyyət siyasəti
10 İyun , 2015 18:24
​Heydər Əliyev Mərkəzindəki Qreys Kelli sərgisi üçün xüsusi havalandırma sistemi və işıq effekti qurulub - VİDEO

Bakı. 10 iyun. REPORT.AZ/ Heydər Əliyev Mərkəzindəki Qreys Kelli sərgisi üçün xüsusi havalandırma sistemi və işıq effekti qurulub.

Mərkəzdən "Report"a verilən məlumata görə, “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisinə son hazırlıq işləri gedir. Bakıya gətirilən 200-dən çox eksponat Mərkəzin sərgilər zalı bölməsində 3-cü mərtəbədə binanın arxitektur quruluşuna uyğun olaraq xüsusi dizayn və işıqlandırma effektləri ilə təqdim olunur. Sərgi iki bölmədən - Qreys Kellinin aktrisalıq dövrü və onun həyatının Monako şahzadəsi olduqdan sonrakı mərhələsini əks etdirən ekspozisiyadan ibarətdir.

Qeyd edək ki, sərgidəki bütün eksponatlar bilavasitə Qreys Kelliyə məxsus olmaqla original nümunələrdir. Noyabrın 1-dək davam edəcək sərgidəki eksponatların qorunması üçün Mərkəzdə 40-dan çox mühafizəçi ayrılıb. Eləcə də eksponatların sərgiləndiyi zalda xüsusi havalandırma sistemi olacaq.

Sərginin prodüsei Katrin Alesçinkovun sözlərinə görə, Qreys Kelli ABŞ-dan Monako knyazlığına saraya köçərkən özü ilə bütün əşyalarını gətirmişdi: “Bu əşyalar, eləcə də şahzadəlik dövrünə aid eksponatlar hazırda Heydər Əliyev Mərkəzində sərgilənir və onlar Qreys Kellinin daxili aləmini açmağa, onun şəxsiyyətini tanımağa imkan yaradır”.

İyunun 13-dən etibarən hər bir kəsin bu unikal eksponatları, eləcə də Qreys Kellinin ilk dəfə sərgilənəcək avtomobillərini görmək imkanı olacaq.

Son xəbərlər

Orphus sistemi