Türkiyənin Muğla şəhərində 8-ci Köçəri-Türkmən Şənliyi festivalı keçiriləcək

Türkiyənin Muğla şəhərində 8-ci Köçəri-Türkmən Şənliyi festivalı keçiriləcək Adət-ənənələrə həsr edilən festivalda Azərbaycan Türk Boyları Konfederasiyası da iştirak edəcək
Mədəniyyət siyasəti
9 İyun , 2015 16:44
Türkiyənin Muğla şəhərində 8-ci Köçəri-Türkmən Şənliyi festivalı keçiriləcək

Bakı. 9 iyun. REPORT.AZ/ İyunun 14-də Türkiyənin Muğla şəhərində 8-ci Köçəri-Türkmən Şənliyi adlı adət-ənənə festivalı keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı türk mətbuatı yayıb.

Muğlanın Düzeyn Yaylasında keçiriləcək festival-şənlikdə Krım tatar türkləri, Şərqi Türküstan, İraq Türkmən Cəbhəsi, Suriya türkmənləri, Türkmənistanla yanaşı Azərbaycan Türk Boyları Konfederasiyası da, iştirak edəcək. 

Şənliyə 45 ölkədən nümayəndələrin qatılacağı gözlənilir.

Festival-şənlikdə türk xalqlarının adət-ənənələri, musiqi adətləri nümayiş etdiriləcək.  

Son xəbərlər

Orphus sistemi