Türkiyədə İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq

Türkiyədə İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq Tədbirlər çərçivəsində sərgi təşkil olunacaq, eləcə də dahi Azərbaycan yazıçısının həyat və yaradıcılığı haqqında film nümayiş olunacaq
Mədəniyyət siyasəti
24 Noyabr , 2014 15:34
Türkiyədə İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq
Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabr ayının 25-də Türkiyədə dahi Azərbaycan dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi qeyd olunacaq.

"Report" xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə düzənlənən tədbir Ankaradakı Türkiyə Milli Kitabxanasında keçiriləcək. 

İ.Əfəndiyevin işlərinə həsr olunmuş tədbir çərçivəsində yazıçının həyatı haqqında film nümayiş olunacaq. Tədbirdə Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professoru Nizaməddin Şəmsizadə, İlyas Əfəndiyevin qohumları iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi