Tbilisidə Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək

Tbilisidə Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək Konsert məşhur azərbaycanlı bəstəkar və müğənninin 70 illik yubileyinə həsr olunub
Mədəniyyət siyasəti
20 Fevral , 2015 18:38
Tbilisidə Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 21-də Cansuqa Kaxidze adına Tbilisi Musiqi Mədəniyyət Mərkəzində məhşur azərbaycanlı müğənni və bəstəkar, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyindən bildiriblər. 

Konsert Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunub  Tədbir Azərbaycan səfirliyi və "XXI əsr mədəniyyətlər dialoqu" Cəmiyyətinin dəstəyi ilə Gürcüstan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub. 

Tədbirin proqramına müğənninin repertuarından populyar mahnılar, kinofilmlərə yazılan musiqilər və "Sevgi və ölüm" baletindən fraqmentlər daxil edilib. Gecənin baş dirijoru, Azərbaycanın xalq artisti Cavanşir Cəfərovdur. 

Mədəniyyət Nazirliyinin məlumatına görə, fevralın 20-də Tbilisiyə səfəri zaman P.Bülbüloğlu atası, məşhur azərbaycanlı tenor Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədov) Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin ərazisində heykəlinin təntənəli açılış mərasimində iştirak edib.

Fevralın 19-da P.Bülbüloğlu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Miail Giorqadze ilə görüşüb. Nazirlikdə keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişafı və dərinləşdirilməsi məsələləri müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi