Tacikistanın folklor kollektivi Azərbaycanda keçiriləcək festivalda iştirak edəcək

Tacikistanın folklor kollektivi Azərbaycanda keçiriləcək festivalda iştirak edəcək Əbülfəs Qarayev Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekovla görüşüb
Mədəniyyət siyasəti
19 May , 2015 11:02
Tacikistanın folklor kollektivi Azərbaycanda keçiriləcək festivalda iştirak edəcək

Bakı. 19 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekovla görüşüb. Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəni sahədə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

İki xalqın mədəniyyətlərinin zənginliyini, qədimliyini və yaxınlığını qeyd edən Ə.Qarayev Azərbaycan-Tacikistan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini söyləyib. O vurğulayıb ki, Tacikistan beynəlxalq mədəniyyət tədbirlərində fəal iştirak edir və dünya mədəniyyətinə verdiyi töhfələr təqdirəlayiqdir.

Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov tacikistanlıların Azərbaycan mədəniyyətinə sonsuz sevgisindən danışıb. O bildirib ki, tez-tez Tacikistanda Azərbaycan mədəniyyətinə, incəsənətinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur. 

Ş.Orumbekov deyib ki, Tacikistanın folklor kollektivi Azərbaycanda keçiriləcək beynəlxalq folklor festivalında iştirak etməkdə maraqlıdır. 

Görüşdə kukla teatrları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyindən və Nizami Gəncəvi irsinin təbliği ilə bağlı müştərək layihənin reallaşdırılmasından söz açılıb.

Son xəbərlər

Orphus sistemi